Ağ Evdə müharibə ilə bağlı ayin keçirilib - Trampa ağıl da istənilib + VİDEO

Dünən Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə dini ayin keçirilib.
Qərb mediası xəbər verir ki, tədbirdə bir sıra tanınmış xristian pastorlari və ictimaiyyət nümayəndələri, hökumət üzvləri iştirak edib.
Ayində məqsəd dövlət rəhbərliyi üçün bərəkət diləmək, ölkənin birliyinə və hərbi xidmət edənlərə dəstək göstərmək olub.
Ayin zamanı pastorlardan biri Prezident Tramp və həmvətənlər üçün dua oxuyub. Mərasimdə həmçinin ordu xidmətçilərinin, onların ailələrinin, eləcə də ölkənin əmin‑amanlığının qorunması üçün dualar səsləndirilib.
Ayin zamanı səsləndirilən dua nitqində Prezidenti Donald Trampa ağıl da istənilib.
“Ata, biz diləyirik ki, Prezidentimizə milləti idarə etmək üçün lazım olan gücü və ağılı verməyə davam edəsən” –deyə, duada bildirilib.
Ağ Evin mətbuat katibi bildirib ki, belə dualar “Amerika xalqının ənənəvi dəyərlərini əks etdirir” və dövlət başçısı üçün dəstəyi simvolizə edir.
Qeyd edək ki, Trampın radikal dini sektalardan olan sionistlərin və evangelistlərin təsiri altında olduğu məlumdurr. Hətta onun özünün də çox evangelist olduğu bildirilir.

Bəs, evangelizm nədir və bu sektaya qulluq edənlər nə istəyirlər?
"Ovqat.com"un məlumatına görə, “Evangel” sözü latınca iki mənaya gəlir – müjdə və Müqəddəs kitaba dönüş. Evangelistlər də bu mənada “müjdə gözləyənlər” və “Müqəddəs kitaba qayıdanlar” deməkdir. Gözlənilən müjdə isə həm yəhudilərin, həm də xristianların birlikdə inandıqları “Əhdi-ətiqdir” ( Köhnə əhd).
“Əhdi-ətiq” Bibliyanın birinci hissəsidir. Bura Tövrat və Zəbur (Yazılar) daxildir. Bibliyanın ikinci hissəsi isə “Əhdi-cədid” (Yeni əhd) adlanır ki, bu da bizim rahat anlayacağımız şəkildə desək, İncildir.
Protestanlıq inancına görə, İncil Tövratı təsdiqləmək üçün göndərilibsə, xristianların ümdə vəzifəsi “Əhdi-ətiqə” yönəlmək olmalıdır. “Əhdi-ətiqdə” isə Məsihin yenidən yer üzünə qayıdışından sonra bu kitaba inananlara dünya hegemonluğu və cənnət vəd edilir.
Protestanlığın radikal qanadı olan evangelistlər bu müjdəni əsas götürüb yəhudilərlə birgə hərəkət etməyi müqəddəs borcları hesab edirlər. Onların düşüncəsinə görə, “Əhdi-ətiq”dəki bu müjdə yəhudilərə dünyəvi, xristianlara isə axirət (üxrəvi) səadəti vədd edir. Yəni yəhudilərin dünya hegemonluğunu yolunda çalışan xristianlar cənnətlə müjdələniblər. Bu xarakterilə evangalistləri “sionist xristian” adlandıranlar da var.
Bəs, yəhudilərin dünya hegemonluğunun Qüdslə nə əlaqəsi?
Məsələ burasındadır ki, Tövrata görə, Məsihin yenidən yer üzünə qayıtması üçün yəhudilər mütləq Qüdsdə toplanmalıdırlar. Yalnız bundan sonra Məsih yer üzünə enəcək, bütün dünya xalqları 2 yerə bölünəcək – Məsihin tərəfdarları və ona qarşı çıxanlar. Bu iki güruh arasında böyük müharibə baş verəcək. Dünyanın heç bir xalqı və fərdi bu müharibədən kənarda qalmayacaq. Qazanan isə Məsih tərəfdarları olacaq.
Evangelist inanışına əsasən, Məsihin (İsa peyğəmbər) yer üzünə qayıdışı 7 əlamətdə ortaya çıxacaq:
1.Yəhudilərin Fələstinə toplanışı: Bu mərhələ 1917-ci ildən indiyədək davam edir.
2.Böyük İsrailin qurulması: İsrail imperiyasının ərazisinə Misirin Sina yarımadasından tutmuş Dəclə-Fərat sahillərinə qədər coğrafiya daxildir - İraq, Suriya və Türkiyənin bir hissəsi.
3.Yəhudilər də daxil olmaqla dünya xalqlarına bu müqəddəs müjdənin çatdırılması.
4.Yeddi il davam edən böyük fəlakət: Həmin dövrdə İsrail Yəcuc-Məcuc adlı qeyri-adi məxluqlar (İŞİD tipli ) tərəfindən işğal olunacaq və evangelistlər (İngiltərə və ABŞ) onların köməyinə gələcək.
5.İsa peyğəmbər məhz bundan sonra nüzul edəcək.
6.Armageddon müharibəsi: Böyük dünya müharibəsi və Məsih tərəfdarlarının qələbəsi
7.İsa peyğəmbərin yenidən ərşə çəkilməsi və qiyamət: Bu son mərhələdə İsa peyğəmbərin tərəfdarları cənnətə gedəcəklər.
Tamamilə mövhumatdan ibarət olan bu inanc, nə yazıq ki, hazırda ABŞ-da və dünya xristianları arasında get-gedə yayılır. Sosyologiya elmləri üzrə professor Villiam Martinə görə, “xarici ölkələrdə fəaliyyət göstərən protestan misiyonerlərin, hardasa, 90%-i fundamentalistler ve evangelistlərdən təşəkkül tapır”. ABŞ-da da evangel lobbiçiliyi sayəsində Cimmi Karterdən sonra gələn bir çox prezidentlərin bu mövhümatçılığın təsiri altında olduğu iddia edilir. Ronald Reqan, ata Buş dövründə addımbaaddım inkişaf edən evangelizmin 11 sentyabr hadisəsindən sonra oğul Buş tərəfindən qlobal imperializmin əsas ideya gücü halına gəldiyi bildirilir. Hətta bu ehkamlara inanmasalar belə, prezidentlər səs toplamaq xətrinə evangelistlərə boyun əyməlidirlər.

Məlumata görə, Barak Obamanın ikinci hakimiyyəti dövründə siyasi idarəetmədən uzaqlaşdırılan yəhudi və evangelist lobbilər bütün güclərini ortaya qoyaraq Donald Trampı hakimiyyətə gətirə bildilər. Trampa qarşı cəbhə alan qüvvələrin də məhz anti-evantelist qüvvələr olduğu iddia edilir.
Trampı müasir dövrün Məsihi kimi görən bir çox evangelist onun "Bibliya"dakı "Kral Kirə" bənzədiyi iddiasını gündəmə gətirib. ABŞ-da bu mövzuda hazırlanan sənədli filmdəki iddialara görə, Trampın keçdiyi yol yəhudiləri Babildən xilas edən və Qüdsdəki İkinci Məbədin yenidən qurulmasında mühüm rol oynayan Fars kralı Kiri xatırladır. (“AzPolitika.info”)
MARAQLI / KARUSEL
Tarix: 6-03-2026, 16:10



























