Dünyanın sonu gəldi - Kütləvi şəkildə dua edib, vidalaşdılar
Afrikanın şərqində yerləşən Ruandada onlarla şəxs bir araya gələrək ayin təşkil edib.
Yerli bələdiyyənin məlumatına görə, onlar dünyanın sonunu gəldiyini irəli sürərək dua ediblər. Bildirilib ki, Ruanda 7-ci Adventist kilsəsinin üzvlüyündən ayrılan həmin şəxslər koronavirus qadağasına baxmayaraq bir evə toplaşıb və məsafə saxlamayıblar. Polis qadağaları pozan həmin şəxsləri həbs edib. Yerli dini dairələrin açıqlamasına görə, dünyanın sonu barədə fikir səsləndirənlərin iddiası heç bir mənbəyə əsaslanmır, bu onların şəxsi düşüncəsidir.
Qeyd edək ki, Ruandada koronavirus səbəbiylə kütləvi mərasimlər təxirə salınıb.//Publika.az
SON XƏBƏR / BANNER / KARUSEL / DÜNYA
Tarix: 15-04-2020, 22:24