mobil versiya

Koronavirusdan daha DƏHŞƏTLİSİ GƏLİR, Dünyanın sonu olacaq - ABŞ-dan SENSASİYA/VİDEO




“Koronavirus pandemiyasından sonra bəşəriyyət nüvə müharibəsi və qlobal istiləşmə təhlükəsi ilə üzləşəcək”.

REPORTYOR.AZ
publika.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı siyasi publisist, professor Noam Xomskiy deyib.

Pandemiyanın qorxulu nəticələrinin olacağını deyən siyasi publisist hesab edir ki, bu böhran keçici olacaq: “Lakin bəşəriyyəti daha dəhşətli təhlükələr gözləyir. Bunlardan biri nüvə müharibəsi, digəri isə qlobal istiləşmə təhlükəsidir. Bu iki təhlükənin qarşısını ala bilməsək, dünyanın sonu olacaq”.



Onun fikrincə, pandemiyaya qalib gəlmək üçün hərbi səfərbərliyə bənzər vəziyyətin yaradılması lazım olacaq.

“Pandemiyaya qalib gələndən sonra ya dövlətlər son dərəcədə avtoritar olacaq, ya da şəxsi qazancın yox, hər kəsin ehtiyacının ödənməsi, cəmiyyətlərin daha humanist şəraitdə yaşaya bilməsi üçün radikal addımlar atılacaq”, - professor bildirib.




MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 10-04-2020, 14:48