mobil versiya

20 saniyəlik masajla sinusitdən azad olun




Dil və baş barmaqlarınızın köməyi ilə sinusitdən xilas olun. Sinusit geniş yayılmış xəstəlik olub, adətən, kəskin xroniki formaları var. Bu xəstəliklər həyat keyfiyyətini azaldır, gündəlik aktivliyə, iş qabiliyyətinə ciddi mənfi təsir göstərir. Rinit kimi, sinusit də bir çox ağırlaşmalar verir.

REPORTYOR.AZ medicina.az-a istinadən bildirir ki, asanlıqla nəfəs almaq və sinusitdən qurtulmaq üçün bu sadə addımları təkrarlaya bilərsiniz:
Dilinizi üst damağınıza doğru sıxın və baş barmağınızı qaşlarınızın arasına qoyun. Alnınıza 20 saniyə təzyiq tətbiq edin. Sinusların dərhal rahatlamağa başladığını hiss edəcəksiniz.

Araşdırmalara görə, alında sümüyə kiçik bir təzyiqin sinusun boşalmasına səbəb olacağını bildirib. Bu hərəkətin elmi açıqlaması da var. Barmaqla alına edilən təzyiq nəticəsində "vomer" adlı sümük irəli-geri hərəkət edir. Nəticədə tıxanıqlıq açılır, sinusit hissəsi boşalır.

Əgər bu üsul işə yaramasa digər sadə üsullarla sinusit ağrılarınızı dəf edə bilərsiniz:

-1 stəkan isti suya iki xörək qaşığı alma sirkəsi və bir qaşıq bal əlavə edib və için.

-Gündə üç dəfə bir qaşığ alma sirkəsi için. Bir neçə gün ərzində sinusitlərdən təmizləndiyini görəcəksiniz.

-Bundan əlavə, yarım stəkan alma sirkəsi və yarım stəkan suyu qarışdırıb odda isidin. Bundan sonra ağzınızın və gözlərinizin bağlanması şərtilə buxarı ilə burnunuzdan nəfəs alıb-verə bilərsiniz.

Burunu duzlu su ilə yumaq

Bu çox da rahat bir üsul deyil, lakin bir çox insan sinuslarını təmizləmək üçün duzlu su istifadə edir. Bir stəkan isti su və dörddə bir çay qaşığı dəniz duzunu qarışdırın. Hər iki burun boşluğuna qarışımdan bir damla tökün. Əvvəllər duzlu su tətbiq etməmisinizsə, köməksiz tətbiq etməyin.

Kəklikotu yağı

Kəskin sinüzitin müalicəsində kömək edə bilər. Çox güclü antibakterial, antifungal və antioksidan xüsusiyyətlərə malikdir. Sinüzitin əsas səbəblərini aradan qaldırmaq və burun boşluqlarının iltihabını rahatlaşdırmaq üçün təsirli ola bilər. Bunun üçün gündə iki dəfə dilinizin altına 1-2 damcı kəklikotu yağı damcılada bilərsiniz.



SAĞLAMLIQ / KARUSEL
Tarix: 3-11-2019, 11:30