Miqren, təzyiq, baş sıxılma, qəbizlik, depressiya var? - Diqqət
Orqanizmdə mayniy elementi 300 biokimyəvi reaksiyada iştirak edir. Təzyiqin normasına, maddələr mübadiləsinə, immun sistemə, kalsium mənimsənilməsinə, əzələ-sinirlərə, zülal metobolizminə cavabdeh əsas zəncirdir.
Ona görə insan sutkalıq maqniy dozasını almalıdır. Əgər orqanizmdə maqniy çatışmasa, insan özünü çox pis hiss edib, hətta ölümə kimi çata bilər.
Reportyor.az medicina.az-a istinadən maqniy çatışmazlığının 10 əlamətini təqdim edir.
Əslində insanın zahiri əlamətlərinə və davranışına, şikayətlərinə baxaraq, maqniy defisitini görmək olur.
1.Əzələ qıcolmaları, keyimələr
Əgər əl-ayaq barmaqlarınız keyiyirsə, qıc olub tutulursa, xüsusən yuxudan dəhşətli qıcolma ağrısı ilə oyanırsızsa, deməli, maqniy çatışmır. Sağlam insanın dayandığı yerdə əl-ayağı qıc olmaz.
2.Miqren
Hazırda miqren yayılıb, baş boyun əzələlərinin gərginliyindən qaynaqlanan miqrenin də kökündə maqniy yetməzliyi dayanır.
Həkimlər bildirir ki, miqren xəstələrinə maqniy verdikdə, ürəkbulanma, işıq və səsə həssaslıq itir, daha asan keçirir.
3.Yuxusuzluq
Əgər yata bilmirsizsə, yuxunuz qırıq-qırıqdırsa, çoxdandır şirin yuxuya həsrətsizsə, maqniyi yoxladın.
4.Yüksək arterial təzyiq
Maqnit təbii blokator rolunu oynayır, hansı ki, təzyiq dərmanlarının da rolu eynidir.
Orqanizmində yetəri qədər maqniy olan insanların təzyiqi normal, damarları yaxşı olur.
5.Oynaqlarda ağrı
Maqniyi əskik olan insanların sümük və oynaqları ağrıyır, sızıldayır. Əgər oynaqlarınızda problem varsa, maqniy defisitini yoxladın
6.Qəbizlik
Bağırsağın normal işləməsi üçün maqnit çox lazımdır. Kimdə ki, qəbizlik var, deməli maqniy çatışmır. Maqniy bağırsaqların yumşalmasında rol oynayır
7.Astma
Alimlər bildirir ki, astma xəstələrinin qanında maqniy artırıldıqda, nəfəsalması yaxşılaşır, tutmalar azalır.
8.Aritmiya
Ürək döyüntülərinin artması, dəyişməsi maqnidən çox asılıdır. Maqniy əskik olanda damarlar sıradan çıxır.
9.Depressiya
Beyin və əhval ruhiyyə maqnisiz olmur. Maqniy az olanda depressiya və psixi problemlər yaranır. Elmi tədqiqatlar sübut edib ki, depressiya, nevrozdan əziyyət çəkən insanlara maqniy təyin olunmalıdır
10.Şirniyyata meyillik
Orqanizmdə mayniy az olanda, insan şirin qidalara tələbat artır, onlar elə hey konfet, tort, şokolad istəyir. Əgər maqniy ehtiyatı artsa, şəkərə tələbat da azalacaq.
Bəs maqniyi hansı qidalardan alaq?
-Küncüt, qoz, fındıq,badam, avokado, banan, kakao, buğda, qarabaşaq, yumurta, ispanaq, yulaf yeməlisiz.
SAĞLAMLIQ / KARUSEL / REDAKTOR SEÇİMİ
Tarix: 5-09-2019, 01:44