mobil versiya

Bu xəstəliyi olanlara alma yemək tövsiyyə edilmir



Mədə-bağırsaq traktının xəstəlikləri, allergik reaksiyalar və şəkərli diabetdə alma yemək tövsiyə edilmir.
Mütəxəssislərə görə, bu meyvələrin tərkibindəki turşu və lif mədə-bağırsağın selikli qişasına mənfi təsir göstərir.
Turş alma xüsusilə mədə və onikibarmaq bağırsaq xorası kimi mədə-bağırsaq xəstəlikləri, yüksək turşuluqlu qastrit, pankreatit və bir sıra digər xəstəliklər üçün zərərlidir. Şəkərli diabet və ya artıq çəki probleminiz varsa, almanın şirin sortlarından qaçmaq lazımdır.
Bundan başqa, qırmızı alma bu meyvəyə allergik reaksiya göstərənlər üçün əks-göstərişdir.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 26-10-2023, 16:03