Kimlərə armud yemək olmaz?
Armud bu mövsümdə aktual və faydalı olsa da bəzi şəxslərə olmaz.
"Medicina" xəbər verir ki, həkim qastroenteroloq Vladimir Neronov hansı xəstəliklərdə bu meyvənin zərərli olduğunu açıqlayıb.
"Armud lif mənbəyidir, bütün həzm sistemi üçün faydalıdır. Adətən bu meyvə mədəaltı vəzisi sağlam olmayan xəstələrə əks təsir edir.
Pankreatit və ferment çatışmazlığı, mədəaltı vəz iltihabı olanlara armud olmaz. Xüsusən təzə çiy halda yemək. Əgər çox istəyirlərsə, sobada bişirib yemək olar.
Armud qəbizlik yaradır. Yaşlı insanlar ehtiyatlı olsun.
Qastrit, mədə xorası, disbakterioz, Kron və s. mədə bağırsaq yaralarında da armud olmaz. Yalnız kompot halında yol verilir.
Ofis işçilərinə isə armud çox vacibdir".
MARAQLI / SAĞLAMLIQ
Tarix: 1-10-2022, 16:33