mobil versiya

Səhər yeməyinə uyğun olmayan ərzaqlar



Dietoloq və qida ekspertləri səhər yeməyində yol verilən səvləri və zərərli qidaların siyahısını hazırlayıb.

Bunlara baxdıqda təəssüf ki, hər birimizin səhər süfrəsində olduğunu görürük. Bəs əslində faydalı görünən bu ərzaqlar niyə səhər olmaz, səbəbləri izah olunur.


"Medicina" səhər yeməyində zərərli qidaları təqdim edir:

1.Acqarına qəhvə


SƏhər ovqatını qaldırmaq üçün qəhvə əvəzsizdir. Amma acqarına birbaşa qəhvə içmək ciddi mədə xəstəlikləri yaradır: qastrit, yanma, xora. Çünki qəhvə mədə turşuluğunu artırır, bu da mədə divarını qıcıqlandırır və iltihab yaradır. Qida borusuna sıçrayan turş şirə onu zədələyir, eroziya yaradır.


Yaxşı olar ki, qəhvəni səhər bir az yemək yedikdən, mədəyə qida düşdükdən sonra içəsiz. Bu zaman zərərsiz effekt ala bilərsiz. Gündəlik kofein dozası 400 mq-ı aşmamalıdır.


2.Portağal şirəsi


Kinolarda gördüyümüz bu adət Amerikada ikinci dünya müharibəsində başlayıb. Əsgərlərə vitamin çatmırdı, hökumət dondurulmuş portağal şirələrini orduya göndərdi.


Sonrada bu adət süfrələrə keçdi, təzə freş portağal şirəsi içmək guya insan üçün faydalıdır. Amma tam əksinədir. Sitrus meyvələri da mədə divarını qıcıqlandırır, şirəni artırır və mədənin iltihabına səbəb olur. Əgər bir insan səhər həm qəhvə, həm portağal şirəsi içirsə,o mədəsi ilə vidalaşa bilər.

Səhərlər portağal şirəsini yeməklə bərabər qəbizliyi olanlar içə bilər, o, bağırsaq peristaktikasını artırır.


3.Blinlər, sırnik, oladyi


Bu yeməkləri hər gün yemək xoşbəxtlikdir. Amma xəmir, yumurta, şəkər tərkibli bu qidalar səhər tezdən qanda qlükozanı qəfildən artırır.

Bu yeməkləri yedikdən sonra ilk 1 saatda həqiqətən enerji axını hiss edəcəksiz.



Amma 2-3 saata bu effekt itəcək, qlükoza kəskin enəcək və siz yenidən aclıq hiss edəcəksiz. Belə yeməkləri səhərlər yeyənləri yuxu tutur.




4.Mannı sıyığı


Uşaq bağçasından qalmış bu adət əslində,uşaq və böyüklər üçün sağlam deyil. Çünki mannıda fitin var, o kalsiumu blok edir, uşaqlarda sümük deformasiyası başlayır. Mannı sıyığı yalnız mədə-bağırsaq xoraları olanlara yaxşıdır ki, kobud qida deyil, tərkibindəki nişasta mədə divarını örtür.






5.Fitnes yulaf, müsli, hazır səhər yeməkləri


Qutuda satılan bu qidaların üzərində vitaminlər və faydalı maddələr yazılıb. Amma diqqətlə tərkibini oxusanız, orda şəkər maddələri – patok, qlükoza, qarğıdalı siropu olduğunu görəcəksiz. Belə yeməklər mədəaltı vəz üçün zərbədir. İnsulinin təbii sintezini pozur. Bu qidalara alidə olanları orta yaşda II tip diabet gözləyə bilər.


6.Yoqurtlar

Səhərlər bir ədəd yoqurt yeməklə kifayətlənirsiz? Onlar kalorisizdir,amma tərkibində şəkər var, bu isə orqanizmə faydalı heç nə vermir, yalnız qlikemik yükü artırır. Yaxşı olar ki, şirin olmayan meyvəli yoqurt yeyəsiz. Amma təkcə yoqurt yesəz, gün ərzində çox acıyacaqsız.


7.Təkcə bir –iki ədəd meyvə


Acqarına bir armud, banan, alma yemək də yaxşı variant deyil. Onlar insana enerji vermir. Təkcə meyvə ilə beyin və mədəni aldatmaq olmayacaq. Meyvəni xorda doğrayıb ona qoz, kəsmik əlavə edin. Zülal aclıq hormonu olan qrelinin sintezini azaldacaq.


8.Kolbasa, sosis buterbrodu

Ağ çörək arasında kolbasa yemək gələcəkdə bağırsaq şişi, şəkərli diabetə səbəb ola bilər. Kolbasa, vetçina, sosis kimi termiki işlənmiş ət məhsulları kanserogen maddə ilə zəngindir və onkologiyaya yol açır.


Belə səhər yeməyini uşağa məktəbə qoymaq da olmaz. O, gizli piylənmə yaradır.


Bəs nə yeməli, nə etməli?


Bu sualın cavabını hələ 2012-ci ildə İsrail araşdırmaçıları tapıblar. Onlar 193 nəfəri müşahidə altına alıb, 2 qrupa bölüblər. Bir qrup səhərlər 33 kkal dəyərində qida alırdı, çxou karbohidrat idi. Dİgəri isə 2 dəfə ağır – 600 kkal dəyərində qida aldı, bu zülal-karbohdrat tərkibli iid. 32 həftəlik araşdırmalarda sonra hər iki qrup iştirakçıları arıqlamışdı. Amma birinci qrup 15 kq arıqladı, 32 həftənin sonunda onun 11 kq-nı geri qaytardı və onlar daim yemək istəyirdilər.


II qrup 13 kq arıqladı, amma sonrakı həftələrdə də arıqlamağa davam etdi. Alimlər sübut etdi ki, zülal-karbohidrat səhər yeməyi qrelin hormonunu azaldır, bu səhər yeməyi yeyən insan gün ərzində çox acımır, özünü tox və gümrah hiss edir.

MARAQLI / SAĞLAMLIQ
Tarix: 25-09-2022, 15:20