mobil versiya

Almaniya Ukraynaya “Leopard” tanklarının verilməsini səmərəli hesab etmir



Almaniyada hakim koalisiyadan olan deputatlar yekdilliklə Ukraynaya “Leopard 2” tanklarının verilməsinin əleyhinə çıxıblar.

APA xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Qəzetə müsahibəsində Sosial-Demokrat Partiyasının həmsədri Lars Klinqbayl bildirib ki, şəxsi heyətin bu tankdan istifadəyə hazırlanması uzun vaxt tələb edir. Əks halda tankların verilməsi müharibənin gedişatına ciddi təsir etməyəcək.

SİYASƏT
Tarix: 16-09-2022, 12:56