mobil versiya

Sabah hava dəyişkən buludlu olacaq, külək əsəcək




Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.


Milli Hidrometeorologiya Xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, aprelin 5-də havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq.

Bakıda gecə 8-11 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Aprelin 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-4 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi нerlərdə 15-20 dərəcə isti olacaq.

Xəbərdarlıq

Aprelin 5-də gün ərzində Bakıda və Abşeron yarımadasında cənub küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 4-04-2021, 11:15