mobil versiya

Prezident İlham Əliyev yeni SƏRƏNCAM imzaladı




Prezident İlham Əliyev iyunun 7-də “Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

REPORTYOR.AZ xəbər verir ki, Sərəncama əsasən, Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarının əhalisi 33550 nəfər olan 12 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 840,0 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra
№-si
Rayonun
adı
Quyuların
sayı, ədəd
Yaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər
  1.  
Cəlilabad6Boyxanlı kəndi1740
Cəfərxanlı kəndi1289
Xəlilabad kəndi2231
Komanlı kəndi3270
Təzəkənd kəndi3264
Üçtəpə kəndi8277
  1.        
Lənkəran1Qurumba kəndi1496
  1.        
Masallı4Hüseynhacılı kəndi1367
Köcəkli kəndi2192
Mahmudavar kəndi5714
Tüklə kəndi2214
  1.        
Yardımlı1Şiləvəngə kəndi496
Cəmi:121233 550

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 7-06-2021, 17:02