Səmra Rəhimlidən qalmaqallı klip - VİDEO
Müğənni Səmra Rəhimli sevənlərinə yeni klip təqdim edib.
REPORTYOR.AZ xəbər verir ki, sənətçi “AZN” adlı yeni mahnısına klip çəkdirib. Səmra ekran işində 6 fərqli obrazda kamera qarşısına keçib.
Klipdə müğənninin müxtəlif əskinaslarla olan səhnələri və Mirzə Ələkbər Sabirin portreti ilə olan kadrı diqqət çəkib.
Ekran işi Səmranın şəxsi “Youtube” kanalına yerləşdirilib.
Qeyd edək ki, ekran işinin layihə rəhbəri və rejissoru İlahə Baxşıyevadır.
SON XƏBƏR / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 8-07-2021, 21:46