mobil versiya

Bakıda bahalı velosipedi belə oğurladılar - ANBAAN VİDEO



Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Şikayətçi qeyd edib ki, Qara Qarayev ərazisində yerləşən binalardan birindən bahalı velosipedi oğurlanıb.

İyulun 20-də saat 16:46 radələrində yaşanan hadisə zamanı naməlum orta yaşlı şəxs “Xəzər İnşaat-XXI əsr MTK”ya məxsusu binaya gizli daxil olaraq orada yaşayan sakinlərdən birinə məxsus velosipedi götürərək aradan çıxıb.

Göy rəngli “Trek fx 7.2” markalı nəqliyyat vasitəsinin qiyməti 1500 AZN dəyərindədir.

Oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib. Yaşadığı mənzilin önündə veliosipedinin oğurlandığını bilən sahibi dərhal 102 xidmətinə və Nizami rayon 25-ci Polis Bölməsinə zəng vuraraq hadisəsi haqqında məlumat verib. Daha sonra isə ərizə ilə müraciət edib.



SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 28-07-2021, 18:43