mobil versiya

Azərbaycanda vurulan “Pfizer” peyvəndi xaricdə tanınmır? - AÇIQLAMA



Azərbaycan vətəndaşı ölkəmizdə koronavirus əleyhinə vurdurduğu “Pfizer” vaksinin xaricidə tanınmadığını iddia edib.

REPORTYOR.AZ "Oxu.Az"a istinadən xəbər verir ki, vətəndaş sosial şəbəkədə bildirib ki, vaksin pasportunu xaricdə qəbul etməyiblər, səbəb kimi isə vurulan “Pfizer” vaksininin seriya nömrələrinin eyni olması göstərilib.

Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycana COVID-19 xəstəliyi əleyhinə vaksinlər mərhələli şəkildə gətirilir:

“COVID-19 vaksin sertifikatı”nda qeyd olunan seriya nömrələri ölkəyə gətirilən vaksin partiyalarının nömrələrini bildirir. Vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda “COVID-19 vaksin sertifikatı”nda da birinci və ikinci dozaların seriya nömrələri eyni olur”.

SON XƏBƏR / KARUSEL
Tarix: 9-09-2021, 12:12