mobil versiya

Respirator əlamətləri olanların məktəblərə giriş-çıxışına icazə verilməyəcək



Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblərə dəyişiklik edilib.

REPORTYOR.AZ xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.

Əvvəllər təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların müəssisəyə daxil olmasına yol verilmirdi.

Dəyişikliklə isə təhsil müəssisələrinə giriş və çıxışına icazə verilməyənlərin sırasına respirator əlamətləri olanlar da daxil edilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 22-09-2021, 12:55