Bu meşəyə gələnlər ağlını itirir - FOTO
Yaponiyanın Araşiyama (Fırtına dağı) ətəyində yerləşən bambuq meşəsinin qeyri-adiliyi dünya mətbuatında gündəm yaradıb.
BAKU.WS xəbər verir ki, füsunkar təbitəti ilə daim turistlərin diqqətini cəlb edən meşə Kioto şəhəri yaxınlığında yerləşir. Bura turistlərin gəzinti üçün ən çox üz tutduğu ərazilərdən biridir desək yanılmarıq.
Meşəni qeyri-adi edən müxtəlif səslərin eşidilməsidir. Bu səslər hədsiz gözəlliyi ilə diqqət çəksə də, bir çox insanlarda psixoloji problemlər yaradır, hətta bəzən həmin insan dəli olur.
Alimlər dəfələrlə meşədə çoxsaylı tədqiqatlar aparsa da, onlar bu səslərin hardan və necə gəldiyini müəyyən edə bilməyiblər. Qəribə səslərin insan psixologiyasına pis təsir etməsinə baxmayaraq, 1996-cı ildə Yaponiyanın Ekologiya Nazirliyi tərəfindən "100 ən yaxşı səs" siyahısına salınıb.
Bu səslərin insan sağlamlığı üçün zərərli olduğu təsdiqlənib və həmin səslər zərərli olaraq qeydə alınıb.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 1-10-2021, 15:00