mobil versiya

Yumşalmalardan sonra artım qaçılmazdır



Karantin rejimində bəzi yumşalmalara gedilsə də, pandemiya hələ də bitməyib. Ona görə də sosial məsafə, əl gigiyenası və maska tələblərinə hamılıqla riayət etməliyik.

Amma bəzi hallarda sosial məsafənin gözlənilməsinə riayət etmək bizdən asılı olmur. Elə universitetlərin, iri ticarət mərkəzlərinin girişindəki vaksin yoxlamalarındakı izdihamdakı kimi. Karantin yumşalamlarına qısa müddətdir gedilməsinə baxmayaraq, artıq yoluxma sayında artım müşahidə edilməyə başlayıb.

Bu barədə Modern.az-a danışan Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov bildirib ki, uzun aradan sonra dərslərin əyani şəkildə davam etməsi çox sevindiricidir:

“Hazırda ciddi izdiham olmur, çünki dərslərin yarısı onlayn, yarısı əyani şəkildə davam etdirilir. İlkgünkü problem yenidən yaşanmayıb. Pandemiya qaydalarına ciddi şəkildə əməl olunsa, inanmıram ki, rəqəmlər artsın. Bir həftədir tədris prosesi davam edir və ciddi artım dinamikası müşahidə olunmur. Önümüzdəki, günlərdə də yoluxma sayına baxılaraq qərarlar veriləcək. Pandemiya qanunlarına ciddi əməl olunsa, ciddi bir artım olmayacaq. Rəqəmlər həyəcanverici həddə çatmayıb. Ümid edirəm ki, tədrisə bu şəkildə davam edəcəyik”.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev yaşanan izdihamların aktiv xəstə sayına təsirsiz ötüşməyəcəyini söyləyib:

“Yaşanan insan izdihamı xəstə sayına təsir edəcək. Mən bu haqda rəy bildirmişəm ki, qapanmaya getməməliyik, ancaq maarifləndirmə işləri aparılmalıdır”.

Həkimin sözlərinə görə, yumşalmalardan sonra yoluxma sayında artım qaçılmazdır.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-10-2021, 11:12