Deputat: "Azərbaycan Səhiyyəsini məhkəməyə verib qazana bilərəm!" - VİDEO
Ötən gün keçirilən Milli Məclisin Səhiyyə Komitəsinin iclasında koronavirusla bağlı dinləmələr sensassiyalı çıxışlarla yadda qalıb. İclasda iştirak edən bir sıra deputatlar rezonans doğuran açıqlamalar verib. Millət vəkili Rəşad Mahmudov da həmin deputatlar arasında olub.
REPORTYOR.AZ İTV-yə istinadən xəbər verir ki, deputat hamilə qadınların peyvənd olunmasına icazə verilməməsi məsələsinə toxunub. Rəşad Mahmudov dünya təcrübəsində buna icazə verildiyini, heç bir əks təsir göstərmədiyini bildirib. Millət vəkili bunu sübut edərək Azərbaycan Səhiyyəsini məhkəməyə verərək qazana biləcəyini açıqlayıb:
"Hamilələrə və uşaq sahibi olanlara peyvənd vurulmaması ilə bağlı əks göstəriş kağızı veririk. Mən həmin hamilə qadınlardan biri öldükdən sonra CD-sini Amerika, Avropa və digər xarici təşkilatların onlara şiddətlə vaksin vurulması tövsiyyəsini ortaya qoyaraq Azərbaycan Səhiyyəsini məhkəməyə verib qazana bilərəm!"
SON XƏBƏR / KARUSEL
Tarix: 8-10-2021, 12:00