Ayaq üstdə dayana bilməyən vətəndaşın pensiyası kəsilib - VİDEO
Bərdə rayon Qazıqurdalı kənd sakini Rəcəb Rəcəbli anadangəlmə hidrosefaliya xəstəsidir.
REPORTYOR.AZ xəbər verir ki, bu yaxınlara kimi xəstəliyi ilə bağlı dövlət tərəfindən ödənilən pensiyanı onun anası Nəzakət Qarayeva alıb.
Lakin Rəcəbin 18 yaşı tamam olan kimi həmin pensiya dayandırılıb. Nəzakət xanım Real TV-yə deyib ki, ailənin maddi imkanları onsuz da məhduddur. Son dörd ayda Rəcəbin pensiyasından məhrum olmaları isə vəziyyətlərini daha da çətinləşdirib.
Ananın istəyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə çatdırılıb.
Ümid edirik ki, həmin qərar tezliklə veriləcək və ailənin durumu yaxşıya doğru dəyişəcək.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 19-10-2021, 10:00