mobil versiya

Nazirdən Olimpiadadakı uğursuzluq barədə AÇIQLAMA




“Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının az medal qazanmasının səbəbləri araşdırılır”.

REPORTYOR.AZ xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O bildirib ki, hər bir idman növünün özəlliyi və gözləntiləri var:

“Biz bu barədə ətraflı da danışa bilərik. Amma oyunlardan əvvəl idmançılarımızdan, federasiyalardan hansı gözləntilərimizin olması da diqqətdə saxlanılmalıdır. Bu problemləri araşdıracağıq. Hazırda bir söz demək çətindir. Rio Olimpiadası ilə Tokionu müqayisə ediriksə, təbii ki, medalların sayı azdır.

Bunun səbəbinin nədən qaynaqlandığına baxmaq lazımdır. Aydın olan səbəblər var idi. Onlar göz qabağında idi.

Müəyyən işlər də var ki, üzərində çalışmaq lazımdır. Bu gün heç kimi tənqid etmək istəmirəm. Biz bundan sonra gələcəyə baxmalıyıq”.
SON XƏBƏR / KARUSEL
Tarix: 28-10-2021, 14:00