mobil versiya

Minimum əməkhaqqı 250 manatdan 300-ə qaldırılır



Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.

Musavat.com xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub. 

Bundan əlavə, layihəyə əsasən ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılması da təklif edilir. 

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 5-11-2021, 11:54