mobil versiya

Əhaliyə ŞAD XƏBƏR! Uşaqlar üçün verilən pulun məbləği artacaq - VİDEO



Azərbaycanda 2022-ci il dövlət büdcəsinin 46,4 faizi sosial istiqamətə yönələcək. Büdcədən ayrılan hər 100 manatın 46 manatdan çoxu məhz sosial sahəyə xərclənəcək.

REPORTYOR.AZ xəbər verir ki, gələn il pensiya, maaş və müavinətlərdə 20-40 faiz artım gözlənilir.

Eyni zamanda el arasında "uşaqpulu" kimi tanınan uşağın anadan olmasına görə birdəfəlik ödənişin həcmi də artacaq.

Uşağın anadan olmasına görə birdəfəlik müavinəti almaq üçün nə etmək lazımdır?

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi elektron qaydada həyata keçirilir.

Uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində əldə olunan məlumat əsasında müavinət elektron qaydada təyin olunur.

Bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə ehtiyac yoxdur. Birdəfəlik müavinət uşağın anasına (ana olmadıqda və ya digər istisna hallarda atasına) təyin edilir və bu barədə, həmçinin müavinəti hansı bankdan alacağı barədə valideynə sms-məlumat göndərilir. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti ala bilir.

Qeyd edək ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən 2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət 200 manat məbləğində müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

Uşağın valideynləri işləmədikdə sənədlər qeydiyyat yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinə təqdim edilməlidir.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 22-11-2021, 10:10