Oksana Rəsulova türk dünyasının talant şousunda münsif olacaq - FOTO
Rəqqasə Oksana Rəsulova talant şousunun münsiflər heyəti kürsüsündə əyləşəcək.
REPORTYOR.AZ xəbər verir ki, o, yaxın zamanlarda "Xəzər" televiziyasında ekranlara gələcək “Central Asia Got Talent“ (“Talant Mərkəzi Asiya”) adlı şounun münsiflər heyətində yer alacaq.
Bu haqda Oksana sosial şəbəkə hesabında məlumat verib:
“Dünyanın bir çox ölkələrində tanınan bu şouda münsif olmaq mənim üçün qürurverici və sevindirici haldır. Əlimdən gələni edəcəm ki, Azərbaycanı Qazaxıstanda layiqincə təmsil edim. Hər kəsə təşəkkür edirəm və iştirakçılara uğurlar arzu edirəm”.
Qeyd edək ki, “Central Asia Got Talent“da (“Talant Mərkəzi Asiya”) xüsusi istedadı olan insanların müxtəlif sahələrdəki qeyri-adi bacarıqları nümayiş olunacaq. Müsabiqənin uduş fondu 40 min AZN təşkil edir.
Yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan kimi ölkələrdən seçilən talantlı şəxslər də iştirak edəcək. Bu ölkələrdən seçilən komandaların hamısı Qazaxıstanın Türküstan şəhərində yarışacaqlar. Müsabiqə hər həftə Azərbaycanla yanaşı sözügedən ölkələrdə də yayımlanacaq. Talant şousunun final mərhələsi 2022-ci ilin mayında baş tutacaq.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 26-11-2021, 13:13