mobil versiya

Televiziya və radiolarda əsas qanun pozuntuları açıqlanıb




“Hazırda Milli Televiziya və Radio Şurasının, yeni qanun layihəsində isə Azərbaycan Respublikası Audiovizual Şurasının əsas fəaliyyət istiqamətlərindən biri teleradio yayımının monitorinqinin aparılmasıdır. 2021-ci il ərzində baş verən pozuntularla bağlı yekun hesabat hazırlanır”.

Bunu APA-ya müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov deyib. Media İnkişafı Agentliyi diffamasiya ilə bağlı araşdırma aparır:

“Amma belə deyə bilərəm ki, bu pozuntular əsasən həm televiziya, həm radioda reklam və sponsorluqla bağlı yayım həcminin aşılması, televiziyada yayımlanan filmlərdə tütün məhsullarından istifadə prosesinin xəbərdarlıqsız açıq nümayişi, bir sıra televiziya proqramlarında söyüş və nalayiq ifadələrdən istifadə olunması, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun pozulması ilə bağlı faktlardır. Eyni zamanda, qeyd etməliyəm ki, 2020-ci il ilə müqayisədə pozuntuların sayı xeyli azalmış, mövcud pozuntular da əsasən texniki səbəblərdən qaynaqlanmışdır. Şuranın həyata keçirdiyi inzibati məsuliyyət tədbirləri, maarifləndirici görüşlər, seminarlar, təqdim etdiyi tövsiyələrin nəticəsi olaraq yayımçılar mümkün qədər az qanun pozuntusuna yol verirlər”, - MTRŞ sədri vurğulayıb.

O qeyd edib ki, televiziya kanallarında aparılmış monitorinqlər yekunlaşıb və hesabatlar hazırlanır: “Radio kanalların monitorinqi isə davam edir. Hesabatlar açıqlandıqdan sonra biz onlarla tanış olub müvafiq reaksiya verəcəyik. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birlikdə həm müzakirələrin aparılması, həm də aparıcılar, baş redaktorlarla birgə toplantı və seminarların keçirilməsi nəzərdə tutulur”.
SON XƏBƏR / KARUSEL
Tarix: 20-12-2021, 13:00