DSX-nin helikopteri bu səbəbdən qəzaya uğrayıb - SƏBƏB AÇIQLANDI
"Helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Hava Yolları QSC-nin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy və eləcə də rəydə göstərilmiş halları təsdiq edən sübutlarla müəyyən edilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və küləyin sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər nəticəsində helikopter qəzaya uğrayıb".
REPORTYOR.AZ xəbər verir ki, bu sözləri Baş Prokurorluqda keçirilən brifinqdə Baş Prokurorun birinci müavini Elçin Məmmədov deyib:
"Qəzaya uğrayan helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-si aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-si isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar".
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-12-2021, 12:42