Nazir saçı uzun olduğu üçün oğlanı qıza oxşadan müəllimdən danışdı - VİDEO
"Biz o müəllimlə danışdıq. Lakin müəllimin həqiqəti ilə bağlı heç nə yazılmadı. Müəllim, həqiqətən də, sinfə daxil olanda uşağın saçını uzun görüb və onun qız olduğunu düşünüb".
REPORTYOR.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib:
"Səhv edib, görməyib və qəsdən etməyib. Uşağın saçı uzun olduğu üçün elə bilib ki, sinfə yeni qız gəlib. Sonradan o, uşağı qucaqlayıb və xətrinə dəydiyini etiraf edib".
SON XƏBƏR / KARUSEL
Tarix: 21-12-2021, 22:12