Bakı metrosunun daha bir əməkdaşı işə gələrkən vəfat edib
"Bakı Metropoliteni" QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi, 1959-cu il təvəllüdlü Babaşxan Baxışov işə gələrkən ürək tutmasından vəfat edib.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, B.Baxışov 2017-ci ildən metropolitendə bu sahəyə rəhbərlik edib, yeni tipli dəmir yolunun qurulması sahəsində peşəkar mütəxəssis və rəhbər olub.
"Xüsusən yollarda ağac şpalkarın dəmir-beton bloklarla əvəz edilməsi kimi mütərəqqi layihələrin həyata keçirilməsini onun başçılıq etdiyi sahə həyata keçirir. Bu sahənin formalaşması və qurulmasında B.Baxışovun rolu və xidməti böyükdür", - deyə B.Məmmədov qeyd edib.
Xatırladaq ki, bu gün "Bakı Metropoliteni"nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov da işə gələrkən vəfat edib.
Allah rəhmət eləsin!
SON XƏBƏR / KARUSEL
Tarix: 22-12-2021, 18:58