mobil versiya

Elməddinin oğlu atası kimi aktyor olmaq ehtimalından danışdı: "Allah uzaq etsin..." - VİDEO




Aktyor Elməddin Cəfərov kiçik oğlu Rihatla "Ana kimi" proqramına qonaq olub. 

REPORTYOR.AZ xəbər verir ki, veriliş zamanı Rihat aparıcı Oksanan Rəsulovanın suallarını cavablandırıb. O, "Sən də atan kimi aktyor olmaq istəyərsən?" sualına belə cavab verib:

"Xeyr, mənim şəxsən aktyor olmaq planım yoxdur. Allah uzaq etsin, işlərim alınmasa, yolunda getməsə, atamın yanına gələ bilərəm".

Bu zaman Elməddin övladının cavabını belə şərh edib: "Deyir ki, hə, Allah uzaq etsin, aktyor da ola bilərəm!"

Qeyd edək ki, aktyorun iki övladı var. Onun böyük oğlu Nihat bir müddət əvvəl xarici universitetlərdən birinə qəbul olub.


SON XƏBƏR / KARUSEL
Tarix: 28-12-2021, 20:42