Vüqar Biləcəridən danışıb ağladı: "Atam öləndə o qədər ağlamamışdım" - VİDEO
Meyxanaçı Oqtay Kamil bir müddət əvvəl rəhmətə gedən həmkarı Vüqar Paşayevdən (Biləcəri) danışıb.
REPORTYOR.AZ xəbər verir ki, "O üz" proqramına müsahibə verən Oqtay meyxanaçının vəfatına görə dərin kədər hissi keçirdiyini deyib. Kamil Vüqar dünyasını dəyişəndə hər gün ağladığını dilə gətirib:
"Çox qürurlu, mərd insan idi. Onun yanında kimsənin haqqını tapdalamaq olmazdı. Özünü fəda edən idi. Pul adamı deyildi. Bir vaxtlar sənətdən uzaqlaşmaq istəyirdi.
Ölümündən bir həftə qabaq bir dostum mənə yazdı ki, "Deyirlər, Vüqar rəhmətə gedib". Dedim, heç kimə səsə etmə, öyrənərəm. Onunla əlaqə saxladım. Hər şeyin yaxşı olduğunu dedim. Ondan bir həftə sonra vəfat etdi".
Ətraflı videoda:
SON XƏBƏR / KARUSEL
Tarix: 24-12-2021, 15:11