Şagirdləri döyən direktorla bağlı NAZİRLİKDƏN RƏSMİ REAKSİYA - VİDEO
Bakıda 9 nömrəli tam orta məktəbdə şagirdləri döyən direktor Zinyət Əhmədova ilə bağlı nazirlik hərəkətə keçib.
Bu barədə Təhsil Nazirliyindən bildirilib:
"Direktorun şagirdi döyməsi faktı araşdırılacaq və ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək".
***14:27
Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb.
REPORTYOR.AZ oxu.az-a istinadən xəbər verir ki, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb.
Onun bu hərəkəti kameraya düşüb.
Həmin görüntüləri təqdim edirik:
SON XƏBƏR / KARUSEL
Tarix: 6-01-2022, 15:15