Azərbaycanlı aparıcının qolu sındı: "Ağrıkəsici olmadan mümkün deyil" - FOTO
Aparıcı Aytən Səfərova bədbəxt hadisə ilə üzləşib.
REPORTYOR.AZ xəbər verir ki, onun qolu sınıb. Bu haqda Aytən sosial şəbəkədə məlumat verib. Aparıcı sınan qolunun fotolarını paylaşaraq ağrıkəsici olmadan dayana bilmədiyini deyib:
"Anamın ağır əməliyyata hazırlaşdığı bir vaxtda çalışırdım ki, əhval-ruhiyyəmi yüksək tutum. Fikir etdiyimi büruzə verməyim. Özümü "sındırmayım". Lakin sümüyümü sındırdım. Keçmiş olsun. Ağrıkəsici olmadan dayanmaq mümkün deyil, amma biz güclü qadınıq. İnşallah, bu da keçər".
Qeyd edək ki, Aytən Səfərova hazırda "Xəzər" televiziyasında yayımlanan "Xəbər ertəsi" proqramının aparıcılığını edir.
SON XƏBƏR / KARUSEL
Tarix: 11-01-2022, 10:00