mobil versiya

40 manat borca görə həmyerlisinə atəş açdı



Neftçala sakini 40 manat borca görə həmyerlisinə atəş açıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinə fevralın 1-də Ballıcallı kəndi ərazisində Salyan rayon sakini T.Fətullayev istiqamətində tüfəngdən atəş açılması barədə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 19 radələrində T.Fətullayev idarə etdiyi avtomobilə sərnişin qismində əyləşmiş Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Quliyevə verdiyi 40 manat borc pulu və gediş haqqını almaq üçün onun qayınatası, Ballıcallı kənd sakini N.Abbasovun yaşadığı evin həyətinə gəlmişdir. Bu zaman N.Abbasov xuliqanlıq zəminində T.Fətullayevin istiqamətində tüfəngdən atəş açmışdır.

Xəsarət alan olmamışdır.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə E.Quliyev və N.Abbasov saxlanılmışlar. N.Abbasovdan qanunsuz saxladığı “İJ-16” markalı tüfəng götürülmüşdür.

Davam etdirilən tədbirlərlə E.Quliyevin yaşadığı evə baxış zamanı oradan heroin aşkar edilərək götürülmüşdür.

SON XƏBƏR / KARUSEL
Tarix: 3-02-2022, 14:02