Youtubun rəsmi səhifəsində azərbaycanlı aşpazla bağlı paylaşım edilib - FOTO
"Kənd Həyatı" verilişinin qəhrəmanı, Qusar sakini Əzizə Rəmixanova kənddə yetişdirdiyi məhsullardan hazırladığı yeməklərlə bağlı videoları ilə sosial şəbəkələrdə geniş izləyici toplayıb.
BAKU.WS-in məlumatına görə, "Youtube"un şəxsi instaqram hesabında Əzizə xala barədə paylaşım edilib.
Sözü gedən paylaşımın altına "hər kəsin arzuladığı kənd həyatını yaşamaq" - deyə qeyd olunub.
Xatırladaq ki, Əzizə Rəmixanova bundan əvvəl Hil kəndində toy mərasimlərində yeməklər bişirib. Pandemiya dövründə isə oğlu ilə birlikdə öz bostanlarından olan tərəvəzlərdən müxtəlif yeməklər bişirərək videolar çəkmək qərarına gəliblər.
SON XƏBƏR / KARUSEL
Tarix: 9-02-2022, 23:30