Rüşvət tələb edən məktəb direktoru işdən çıxarılıb - VİDEO
Bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru vəzifəsindən çıxarılıb.
REPORTYOR.AZ oxu.az-a istinadən xəbər verir ki, məktəb direktoru Mətanət Məmmədova artıq işdən çıxarılıb.
Təhsil Nazirliyindən oxu.az-a bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir:
“İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək”.
Qeyd edək ki, bir müddət əvvəl M.Məmmədovanın müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edən səs yazısı yayılmışdı.
SON XƏBƏR / KARUSEL
Tarix: 15-02-2022, 11:13