mobil versiya

Koronavirusa görə bağlanan sinif və məktəblərin sayı AÇIQLANDI




Azərbaycanda koronavirusa görə distant təhsilə keçən sinif və məktəblərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, 16 fevral tarixinə görə distant təhsildə olan sinif sayı 93, məktəb sayı isə 8-dir.

Qeyd edək ki, ölkədə aşağı siniflər üzrə əyani tədris sentyabrın 22-dən, yuxarı siniflər üzrə isə sentyabrın 29-dan başlayıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 19-02-2022, 14:00