mobil versiya

Bu gün Odessadan 50-dən çox azərbaycanlının təxliyyəsi gözlənilir




“Odessa Azərbaycanlılarının Diasporu “Birlik” ictimai təşkilatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu günə kimi Odessadan 500-dən çox azərbaycanlını təxliyyə edib”.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə APA-ya təşkilatın sədri Rövşən Quliyev məlumat verib.

O bildirib ki, artıq təxliyyə üçün müraciət edənlərin sayı azalıb.

“Dünən 60-a yaxın şəxsin təxliyyəsini həyata keçirmişik. Bu gün də 50 nəfərin təxliyyəsi planlaşdırılır. Soydaşlarımız kiçiktutumlu avtobuslarla təxliyyə edilir”, - Rövşən Quliyev qeyd edib.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-03-2022, 12:00