mobil versiya

Putinin qızı instaqram hesabını sildi - FOTO




Rusiya prezidenti Vladimir Putinin qızı Luiza Krivonoqih sosial şəbəkə hesabını silib.

BAKU.WS xəbər verir ki, Rusiyanın Ukrayna işğalçı hücumundan sonra Luizanın ünvanına xeyli təhqirlər yazılıb. 

Daha çox lüks həyat tərzi ilə seçilən 18 yaşlı Krivonoqih bunlardan sonra 100 min izləyicisi olan instaqram hesabını silib. 

Qeyd edək ki, o, sosial şəbəkədə ukraynalıların ünvanına "Sıçovul kimi sığınacaqlarda yaşayırsınız?" sözlərini yazıb. Bundan hiddətlənən istifadəçilər "Şeytanın qızı", "Müharibənin günahkarı” kimi şərhlər yazaraq Luizaya qarşılıq veriblər.


SON XƏBƏR / KARUSEL
Tarix: 9-03-2022, 18:00