mobil versiya

Xalq yazıçısı Mirşahini sərt tənqid etdi: “Sən nə ortada atlanıb düşürsən?!”



"Mən Mirşahinin yazıçı və rejissorlarla bağlı çıxışına baxdım və heç bunu ondan gözləmirdim. Ümumiyyətlə, Mirşahinə demək istəyirəm ki, sən də məlumsan, biz də məlumuq.

Jurnalistika da məlumdur, yazıçılıq da məlumdur. Sən nə ortada atlanıb düşürsən?! Sən kimsən ki, yazıçıları ittiham edirsən? Bu bəyəm plandı, kolxozdu? Məndən olsa, Mirşahin öz işilə məşğul olsun".

Bunu “moderator.az”a açıqlamasında yazıçı Seyran Səxavət jurnalist Mirşahin Ağayevin qələm sahiblərini 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə haqda əsər yazmamaqda ittiham etməsinə münasibət bildirərkən deyib. Seyran Səxavət deyib ki, yazıçının heç kimə belə bir borcu yoxdur:

"Yazıçıların da heç kəsin qarşısında belə bir borcu yoxdur. Bilmirəm o, nə məqsədlə belə qızışıb ağzı köpüklənə-köpüklənə danışır.

Lev Tolstoyun vaxtında onun öz Mirşahini yox idi ona desin ki, Lyoşa, yəni Lev, əsər yaz! Belə bir şey var ki, deyir valideynləri seçmirlər, bir də görürsən ki, valideynin nazirdi, traktoristdir, hesabdardır.

Bir də belə şeylər sifarişlə yaranmır, sən kimsən ki, sifariş verirsən? Sən yazıçıya sifariş verə bilərsən? Yazıçıya sifarişi ancaq Allah verə bilər.

İşi-gücü qurtarıb, niyə gedib öz işilə məşğul olmur? Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, M.F.Axundov, M.Ə.Sabir, B.Vahabzadə bunlar bəyəm Mirşahinin sifarişilə yazıblar? O kimdir ki, mənə dərs verir, getsin öz işilə məşğul olsun.

Onun yazılan əsərlərdən xəbəri yoxdur, oxumur. Qarabağ haqqında kifayət qədər əsərlər yazılıb. Elə müharibə bitən kimi əsər yazılmalıdır, yox. Kim bunu deyirsə, aşağıdan-yuxarı başının razmerindən böyük səhv edir, Mirşahin kimi".

SON XƏBƏR / KARUSEL
Tarix: 12-04-2022, 10:00