mobil versiya

Mayın 2-də Putin bu TƏHLÜKƏLİ SSENARİNİ işə sala bilər...



Növbəti həftə terror aktları və təxribatlar baxımından çətin olacaq. Və ruslar olayların məsuliyyətini  ənənəvi olaraq Ukraynanın boynuna atmağa çalışacaq.
 
Moderator.az  xəbər verir ki, bu barədə hərbi jurnalist, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş mətbuat katibi Vladislav Seleznyov yerli mediaya açıqlamasında xəbərdarlıq edib, 
 
Bu kontekstdə o, rusların potensial hücumunun mümkün olduğu Dnestryanıdakı vəziyyəti xatırladıb. Seleznyov Putin və onun rejimi üçün “müqəddəs tarix”i – mayın 2-ni də yada salıb. 2014-cü ilin həmin günündə Odessa Həmkarlar İttifaqları evində çoxsaylı qurbanlarla nəticələnmiş genişmiqyaslı yanğın baş verib. Moskvanın təbliğat  maşını Ukraynanın cənub hissəsində gərginlik yaratmaq üçün bu tarixdən yararlanmağa çalışacaq.
 
Bununla əlaqədar olaraq düşmən Zatoka ərazisindəki körpünü zədələyərək Odessa vilayətinin infrastrukturunu atəşə tutmağa başlayıb. Ekspertin fikrincə, bu, Ukrayna ordusunun maddi-texniki təminatını xeyli çətinləşdirir.
 
"Narahat olacağımız bir şey var, lakin Moldova-Ukrayna sərhədində yerləşən Ukrayna Silahlı Qüvvələri, Ərazi Müdafiə Qüvvələri qondarma "Pridnestroviya Respublikası"nın hakimiyyət orqanlarının çağırışlarına adekvat cavab verə bilər. Krımı və Donetsk, Luqansk vilayətlərinin işğal olunmuş ərazilərini xatırlayın; eyni ssenari, eyni təlimatlar. Bizə öz işimizi görmək qalır ", - deyə Seleznyov yekunlaşdırıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 28-04-2022, 11:52