mobil versiya

Azərbaycanda DƏHŞƏT: Kişi arvadının başına vura-vura öldürdü




Xızı rayonunda qətl törədilib.

REPORTYOR.AZ “kriminalqafqaz”a istinadən xəbər verir ki, bir neçə gün əvvəl rayonun Yeni Yaşma qəsəbəsində 1963-cü il təvəllüdlü Əbülfət Əliyev həyat yoldaşı, 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya baş nahiyəsindən küt alətlə dəfələrlə ağır zərbələr endirib.

Qadın Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və B.Mustafayeva ötən gün vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, arvadını qətlə yetirən şəxs ruhi-əsəb xəstəsidir. O, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və orada müalicə alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 8-06-2022, 11:00