Lənkəranda döyülən 15 yaşlı qız sığınacağa YERLƏŞDİRİLƏCƏK
Lənkəranda icra başçısının keçmiş müavini Rasilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalmış 15 yaşlı yeniyetmə bu həftənin sonundan etibarən reablitasiya məqsədilə Azərbaycan Uşaqlar Birliyinə yerləşdiriləcək.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə məktəbliyə psixoloji dəstək göstəriləcək.
Eyni zamanda Çevik Ekspert Qrupu"nun nümayəndələri tərəfindən ailəyə hüquqi yardımlar ediləcək və vəkillə təmin olunacaqlar.
Xatırladaq ki, iyulun 14-də Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi həmin rayonun icra başçısının müavini Rasilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalıb. Hadisə yerində 4 saylı məktəbin direktoru Yeganə Əsgərova da olub.
Döyülmə faktı ilə bağlı Lənkəran şəhər prokurorluğunda cinayət işi açılıb. Sözügedən şəxslər vəzifələrindən uzaqlaşdırılıblar.
SON XƏBƏR / KARUSEL
Tarix: 20-07-2022, 11:00