mobil versiya

Bakı-Sabunçu qatarından istifadə edənlərə ŞAD XƏBƏR - VİDEO




Ötən gündən Sabunçu sakinləri Bakının mərkəzinə qatar vasitəsi ilə rahat gəlib-gedə biləcəklər.Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunub. Sürət qatarlarının Sabunçu stansiyasına qədər hərəkəti yay aylarından avtomobil tunelinin inşası məqsədi ilə dayandırılmışdı.

Ötən gündən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunub. Sürət qatarlarının Sabunçu stansiyasına qədər hərəkəti yay aylarından etibarən avtomobil tunelinin inşası məqsədi ilə dayandırılmışdı. Bu günə qədər Sabunçuya getməli olan sürət qatarları ''Bakıxanov'' dəmiryolu dayanacağına qədər hərəkət edirdilər.

Dəmiryolu xətti bərpa edildikdən sonra tikilən avtomobil tunelinin tikintisi sürətləndirilib. Tunelin inşasında məqsəd Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi eyni səviyyəli avtomobil yolu ilə dəmir yolunu birbirindən ayıraraq həmin hissədə təhlükəsizliyi təmin etməkdir. 3 hərəkət zolağından ibarət olacaq tunelin fevral ayında sürücülərin istifadəsinə verilməsi planlaşdırılır.
Azərbaycan Dəmir Yolları ''QSC''-nin sözçüsü Natavan Bayramova Xəzər Xəbərə bildirdi ki, Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır. Yəni qatarlar əvvəlki qrafiklərinə davam edəcəklər. Qeyd edək ki, Bakı dairəvi dəmir yolu xətti ilə qatarlar hələki Sabunçu dəmiryolu stansiyasına qədər hərəkət edir.

Noyabr ayından etibarən sürət qatarlı Sabunçu stansiyasından keçməklə Zabrat-1, Zabrat-2, Məhəmmədli dayanacaqlarına və Pirşağı stansiyasına qədər hərəkət edəcəklər. Bununla da Bakı kəndlərindən sərnişinlərin paytaxt Bakıya qatarlar vasitəsi ilə daşınması həllini tapacaq.


SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 30-10-2019, 10:40