mobil versiya

"Güllədəymiş oğru dişlərimi aparıb" - Qubada yaşlı qadının protez dişlərini oğurlayıblar - VİDEO



Quba sakininin dişlərini oğurlayıblar.

REPORTYOR.AZ konkret.az-a istinadən xəbər verir ki, Quba rayon Möhüc kənd sakini 61 yaşlı Naibə Salahovanın protez dişlərini oğurlayıblar.

Naibə Salahova 13 qızıl dişin olduğu protezinin Qəni adlı qonşusu tərəfindən oğurlandığını iddia edir. Qadının sözlərinə görə, həmin şəxs dəfələrlə onun evindən oğurluq edib.

Yaşlı qadın bu barədə 1 həftə bundan əvvəl polisə müraciət edib. Oğurluqda ittiham edilən qonşu polisdə and içərək günahı olmadığını deyib.

Naibə nənə dişlərini oğurlayana qarğış etməkdən başqa çarəsi qalmayıb.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 1-11-2019, 17:43