mobil versiya

Sabahın hava proqnozu




Martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, havanın temperaturu  Abşeron yarımadasında gecə 4-7, gündüz  12-16, Bakıda  gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq.  
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər  bəzi yerlərdə  duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 3-8, gündüz  15-20, dağlarda gecə 0-5, gündüz  6-11 dərəcə isti olacaq.

SON XƏBƏR / KARUSEL
Tarix: 27-03-2020, 13:42