ABŞ ordusunda koronavirusdan ilk ölüm qeydə alındı
ABŞ-da koronavirusa yoluxmuş hərbçi dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.
Həmin hərbçi Nyu-Cersidə Milli Qvardiyada xidmət edirmiş. O, martın 21-də xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ABŞ koronavirus daşıyıcılarının rəsmi sayına görə dünya birincisidir – 164 266 nəfər. Ölkədə virus qurbanlarının sayı isə 3 170 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 785 500-ü ötüb. Bunların 165 665 nəfəri sağalıb, 37 831 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
SON XƏBƏR / DÜNYA
Tarix: 31-03-2020, 11:04