mobil versiya

İcra başçısı bacanağını köməkçi təyin etdi



Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov işdən çıxarılan müavinə vəzifə verib.

REPORTYOR.AZ-ın unikal.org-a istinadla verdiyi xəbərə görə, İlqar Abbasovun əmri ilə Yolçiyev Etibar Səlim oğlu Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, E.Yolçiyev başçının bacanağıdır və  İlqar Abbasov Suraxanı rayon icra Hakimiyyətinin başçısı olarkən müavini olub.

SON XƏBƏR / GÜNDƏM
Tarix: 2-06-2020, 10:30