mobil versiya

Bakıda Sobsan boya fabrikində baş verən yanğın davam edir - FOTO - VİDEO - YENİLƏNİB-5



Hazırda Sobsan boya fabrikində yanğın partlayışla davam edir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

Əraziyə 5 Təcili Tibbi Yardım briqadsı göndərilib.

TƏBİB-dən verilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadsına müraciət edən olmayıb.

***

21:38

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

***

21:21

FHN tərəfindən ərazidə yaradılan Qərargahdan APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.  

***

21:10

Bakının Binəqədi rayonunda Sobsan boya fabrikində baş verən yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahdan verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

***

21:03

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.

Qərargahdan verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

***
20:48

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikində başlanan yanğın partayışla müşahidə edilməkdədir. 

APA-nın hadisə yerində olan müxbirinin məlumtına görə, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.
***

20:33

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikində yanğın başlayıb. 

APA-nın məlumtına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. 

FHN-dən faktı təsdiqləyiblər. 

Əlavə məlumat veriləcək





















SON XƏBƏR / KARUSEL
Tarix: 4-07-2020, 22:22