mobil versiya

Koronavirus havada qalır? - RƏSMİ CAVAB



"Tibb müəssisələrində bəzi müdaxilələr, xüsusilə inkubasiya zamanı tənəffüs yoluna borunun salınması və çıxarılması, hər hansı xəstədə ürək dayanması baş verərsə, ona xüsusi oksigen cihazı ilə oksigen verilməsi zamanı tənəffüs yollarında aparılan müdaxilələrin böyük əksəriyyətində eyni aerozol formalaşır. Damcı damcıdır, o, ağır olduğu üçün yerə hopur. O, havada uzun müddət qala bilməz. Amma aerozol buxar kimidir və o qədər xırdadır ki, havada daha uzun müddət qala bilir".

BAKU.WS xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Onun sözlərinə görə, tibb müəssisələrində COVID-19 xəstələrində həmin prosedurlar daha çox aparıldığı üçün otaqlarda havada aerozolizasiya baş verir və virus həmin havada qalır:

"Bu səbəbdən bizim həkimlərimiz, COVID-19 xəstələri olan bütün dövlət qurumlarının xəstəxanalarında çalışan həkimlər N95 maskasından istifadə edir. Çünki N95 və FFB2 maskasının əsas məqsədi ondan ibarətdir ki, havadan ötürülmənin qarşısını alır".

Nabil Seyidov həmçinin qeyd edib ki, mütəxəssislərin fikrincə, adi insan asqıranda və öskürəndə, otaqda bir neçə nəfər söhbət edən zaman damcı ilə yanaşı havada virus daha çox qalır: "Lakin ÜST-ün apardığı tədqiqatlar bu günə qədər təsdiq etməyib ki, virus havada qalır. Bu, heç bir tədqiqatda təsdiqini tapmayıb".

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 9-07-2020, 10:20