Qızdırması 37 olanlar koronavirus testindən keçməlidirmi? - RƏSMİ CAVAB
Hər bir tənəffüsündə problemi olan və ya temperaturu olana koronavirus demək düzgün deyil".
Bunu REPORTYOR.AZ-a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, son zamanlar bu istiqamətdə 103 Təcili Tibbi Yardım xidmətinə zənglərin sayı həddən artıq çoxalıb: "Zəng edirlər ki, 37.1 temperaturum var. Koronavirus testindən keçimmi? İş yerindən məcbur edirlər. Bu əslində yol verilməzdir. 37.1.2 temperatur deyil.
Əgər heç bir əlavə simptomlar yoxdursa, öskürək, əzələ ağrıları, ciddi halsızlıq, təngənəfəslik yoxdursa, koronavirus testindən keçməyə ehtiyac yoxdur. Əgər bu simptomlar varsa, ona görə koronavirus testindən keçmək olar.
Lakin yalnız 37.1 qızdırmaya görə testdən keçmək düzgün deyil. Onda gərək 10 milyon əhali hər gün gedib testdən keçsin. Çünki temperatur gün ərzində səhər 37.1.2-yə qalxır, sonra axşamlar düşür".
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 17-06-2020, 23:39