Bakıda qardaş qardaşı öldürdü
Avqustun 8-də saat 9 radələrində Suraxanı rayonu ərazisində Səfa Eynullayevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
REPORTYOR.AZ Suraxanı rayon prokurorluğuna istinadən xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin qardaşı Elvin Eynullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Elvin Eynullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
SON XƏBƏR / HADİSƏ
Tarix: 9-08-2020, 13:36